Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək?
Sosial
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X-XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirib.
News24.az xəbər verir ki, o, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimləndiyini xatırladıb:
"Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir".