Dərslərin 15 sentyabradək təxirə salınması... - TƏHSİL NAZİRLİYİ

Dərslərin 15 sentyabradək təxirə salınması... - TƏHSİL NAZİRLİYİ Sosial
“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.