Bu məktəblərdə tarix ana dilində tədris olunacaq - YENİLİK
Sosial
2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaqdır.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.