DİN-dən əməliyyat: 51 nəfər saxlanıldı...
Sosial
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verib.
Qeyd olunub ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.