Direktor olmaq istəyənlərə ŞAD XƏBƏR - Müddət uzadıldı

Direktor olmaq istəyənlərə ŞAD XƏBƏR - Müddət uzadıldı Sosial

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə News24.az-a MÜTDA-dan məlumat verilib

Bildirilib ki, 18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək // miq.edu.az/ direktorlinki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edilib ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.