Doğum sayında kəskin azalma... - İqtisadçıdan sərt fikirlər
Sosial
“Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin yanvar-may aylarında 38 836 uşaq, 2026-cı ilin yanvar-may aylarında 28 631 körpə dünyaya gəlib. Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib”.
News24.az xəbər verir ki, bunu İqtisadçı Natiq Cəfərli sosial şəbəkədə yazıb.
Bildirib ki, ölkədən gənclərin sürətli köçünü də nəzərə alsaq, məmləkət demoqrafik fəlakətə doğru gedir: “Görürsünüz, hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil, cəmi 15-20 ildən sonra təqaüdçülərin sayı rəsmi işləyənlərin sayından çox olacaq. Ölkəmiz 2006-cı il Yunanıstanın vəziyyətimə düşəcək. Amma,Yunanıstan AB ölkəsidir, Avropa onlara 180 mlrd. avro verdi, böhrandan dartıb-çıxardı. Biz nə edəcəyik?! Ölkənin gələcəyinin cəlbedici olmadığına görə gənclər köçür, ailə qurmur, çox uşaq doğmurlar. İnsanlara ümid, işıq, müsbət mesajlar vermək, pozitiv qərarlar almaq lazımdır...”