Dörd nəfər maksimum bal topladı

Dörd nəfər maksimum bal topladı Sosial

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə News24.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, Mirzəzadə Ayişə Mirzəxan qızı (Bakı türk liseyi), Emin Abdullah Elman oğlu (Sumqayıt şəhərində yerləşən Təbiət elmləri təmayüllü gimnaziya), Cəfərli Əli Nazim oğlu "Naxçıvan şəhərində yerləşən M.C.Cəfərov adına 14 saylı tam orta məktəb), Abdullayeva Gülay Ruslan qızı isə (Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Q.Xalıqov adına 1 saylı tam orta məktəb) sözügedən imtahanda maksimum 300 balı toplayıblar.