DTX-nin adından istifadə edərək sənətçinin pulunu ələ keçiriblər - VİDEO

DTX-nin adından istifadə edərək sənətçinin pulunu ələ keçiriblər - VİDEO Sosial

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti müvafiq qruplaşmaların süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alması ilə bağlı xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, belə qurbanlardan biri də ssenari müəllifi, tanınmış mədəniyyət işçisi olub.

O, başına gələnləri belə açıqlayıb:

"Səhər saat 10 idi təxminən. Zəng gəldi, nömrəni tanımadım. Danışan özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etdi. Adımı soyadımı, işlədiyim yeri düzgün dedi. Düşündüm ki, doğrudan tanıyır.

Dedi ki, mənim hesabımdan digər ölkədə fəaliyyət göstərən terror təşkilatının hesabına köçürmələr aşkarlanıb və bununla bağlı cinayət işi açılıb. Sonra əlavə etdi ki, bu məsələ məxfidir və nə ailəmə, nə iş yoldaşlarıma, nə də başqa heç kimə bu barədə deməməliyəm. Telefonu da bağlamamalıyam. Hətta hesabın bağlanmalı olduğunu da dedi. Cinayət sözünü deyəndə adamın ağlı dayanır. Mənən dedi sənə kart deyəcəm, ora filan qədər məbləğ köçürərsən, yoxsa məsələ ciddiləşəcək. Həbslə hədələdi məni. Özü də tələsməliyəm. Göndərəndən sonra dedi, narahat olmayın, hər şey yaxşı olacaq.

“Əvvəlcə çox panikaya düşdüm. Daha sonra sakitləşdim və yoldaşımla danışdım. O da işdə idi və mənə dedi ki, dövlət qurumu pul köçürülməsi etməz. Elə həmin an sanki bir aydınlanma gəldi”.