Ekologiya işçiləri qanvermə aksiyasında - iştirak ediblər

Ekologiya işçiləri qanvermə aksiyasında - iştirak ediblər Sosial
Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə başladılan aksiyaya, paytaxtda çalışan  ekologiya işçilərinindən sonra Mingəçevir şəhərində fəaliyyət göstərən ekoloqlar da qoşulub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dəstək verən  ekoloqlar, sağlamlığı və yaşı qan verməyə uyğun olan hər kəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə fəaliyyət göstərən bölmələrinə müraciət etməyə və bu aksiyaya qoşulmağa çağırıb.


Ekologiya işçiləri qanvermə aksiyasında - iştirak ediblər