Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Sosial
Azərbaycanda bu ilin iyun ayında əlilliyə görə 244 839 nəfər şəxs pensiya alıb.
Bu barədə News24.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, 223 862 nəfər şəxs əlilliyə görə aylıq müavinət, 92 204 nəfər şəxs isə Prezident təqaüdü alıb.