Əməkdar artist vəfat etdi – YENİLƏNDİ

Əməkdar artist vəfat etdi – YENİLƏNDİ Sosial

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə məlumatı onun qızı sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu. (APA)

***19:47

Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb.

News24.az bildirir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib.

G.Ramazanova bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil:

“Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.

Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub. (Musavat.com)