Emin Əmrullayev məktəblərdə dərs saatlarından danışdı
Sosial
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsinə münasibət bildirib.
News24.az-ın məlumatına görə, nazir mətbuat konfransında deyib ki, şagirdlərin dərsə vaxtında çatması ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə alınmalıdır: “Hamının dərsə çata bilməsini istəyiriksə, bunu ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə almalıyıq”, - deyə nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, məktəblərin dərs saatlarının dəyişdirilməsi daha mürəkkəb məsələdir. Onun sözlərinə görə, hazırda bununla bağlı hər hansı qərar yoxdur, lakin məsələ monitorinq əsasında təhlil edilir və nəticələr ictimaiyyətə açıqlanır.