Emin Əmrullayev müəllimlərin etiraz etdiyi direktoru işdən çıxardı - FOTO
Sosial
Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.
News24.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.
Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həvalə edilib. Nigar Səfxanova bu ilin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz etmişdilər./APA