Emin Əmrullayev: "12 illik təhsilə keçid gündəmdə deyil”
Sosial
Elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin dəyişdirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
News24.az-ın məlumatına görə, nazir bildirib ki, hazırda 12 illik təhsilə keçid nəzərdə tutulmur. Lakin bununla yanaşı 3 illik bakalavr təhsili ilə bağlı məsələlər müzakirə olunur.
Onun sözlərinə görə, universitetlərdə təhsil müddətinin azaldılması ixtisaslardan asılıdır: "Məsələn, turizm sahəsində təhsil alan tələbənin 3 il oxuması mümkün olsa da, mühəndis hazırlamaq daha mürəkkəbdir".
Emin Əmrullayev qeyd edib ki, məhz buna görə tibb üzrə baza təhsili 6 il, müəllimlik təhsili isə 4 ildir: "Bu məsələlərin müzakirəsində Elm və Təhsil Nazirliyi ilə yanaşı, müvafiq sahə üzrə ixtisaslaşmış şəxslərin də fikirləri nəzərə alınmalıdır. Hazırda 11+4 illik təhsildən söhbət gedir. Bununla belə, bəzi ixtisasların 3 illik təhsilə keçirilməsi mümkündür".