Əmiraslan Manafov vəfat etdi - FOTO
Sosial
Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Əmiraslan Manafov vəfat edib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əmiraslan Manafov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Əmiraslan Manafov 1995-2007-ci illərdə AzTU-nun Elektrik enerji təchizatı və izolyasiya kafedrasında tədris ustası vəzifəsində çalışıb. 2015-ci ildən fəaliyyətini Elektrotexnika kafedrasında baş müəllim vəzifəsində davam etdirib.
Allah rəhmət edləsin.