Ən çox boşanma bu rayonlar üzrə qeydə alındı - Foto
Sosial
Azərbaycan Respublikasının 14 iqtisadi rayonu üzrə 2025-ci ildə rəsmi qeydə alınmış boşanmaların say cədvəlindən görünür ki, ən çox boşanma halları Qarabağ (1590), Abşeron-Xızı (1504), Mərkəzi Aran (1442), Gəncə-Daşkəsən (1374) iqtisadi rayonları üzrə qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bildirilib.
Qeyd olunub ki, ən az boşanma halları Dağlıq Şirvan (577), Şərqi Zəngəzur (711) iqtisadi rayonlarında qeydə alınıb. (Unikal.az)