Ermənistandan Azərbaycana alüminium folqa ixrac edildi

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edildi Sosial

Ermənistan Azərbaycana alüminium folqa ixrac etməyə başlayıb.

News24.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir ixrac olunan məhsulun dəqiq həcmini açıqlamayıb. O, bu barədə məlumatı daha sonra təqdim edəcəyini deyib.

Ermənistandan Azərbaycana digər məhsulların da ixracının gözlənilib-gözlənilmədiyi ilə bağlı suala Papoyan “Baxarıq” cavabını verib.

Qeyd edək ki, Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan daha əvvəl Azərbaycanın şirkətlərinin Ermənistan istehsalçılarından məhsul alması ilə bağlı məlumatların yaxın günlərdə açıqlanacağını bildirib.