Evdən çıxarkən bunları mütləq edin
Sosial
Evdən çıxarkən cihazların elektrik yuvasından çıxarılması vacibdir.
News24.az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib.
Bildirilib ki, elektrik çaydan, ütü və digər qızdırıcı funksiyalara malik məişət cihazlarını söndürmək kifayət deyil, onları elektrik yuvasından ayırmaq da vacibdir.
Bu cihazların nəzarətsiz şəkildə cərəyana qoşulu saxlanılması yanğına səbəb ola bilər.
Fen, saç düzləşdirən cihaz və digər qızdırıcı elementli avadanlıqların da istifadədən dərhal sonra şəbəkədən ayrılması tövsiyə olunur.
Bildirilib ki, hətta “ağıllı ev” sistemi belə yanğından tam qorunmağa zəmanət vermir.
Çünki nasazlıq zamanı avtomatik sistemlər də sıradan çıxa bilər.