Evi sığorta etdirməmək cərimə edilir?

Evi sığorta etdirməmək cərimə edilir? Sosial

News24.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Evi sığorta etdirməyəndə cərimə

Mövzu ilə bağlı hüquqşünas Adil Piriyev danışıb:

“İcbari Sığortalar Haqqında qanunun 37-ci maddəsinə əsasən, mülkiyyətində daşınmaz əmlakı olan və ya ona faktiki sahiblik həyata keçirən şəxslər həmin əmlakı icbari qaydada sığorta etdirməlidirlər. Əgər sığorta edilməsə, İnzibati Xətalar Məcəlləsinin 459-cu maddəsinə əsasən, fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir./hit.az