Evinizdə varsa atmayın - 25.000 manat dəyərindədir

Evinizdə varsa atmayın - 25.000 manat dəyərindədir Sosial

Qədim olduğu iddia edilən gümüş kəmər sosial şəbəkələrdə paylaşılaraq diqqət çəkib.

News24.az xəbər verir ki, sosial şəbəkədə yayılan paylaşımda kəmərin çəkisinin 400 qram olduğu bildirilib. Məlumata görə, zinət əşyasının təxminən 150 illik tarixi var və 1800-cü illərin sonlarında bir bəy tərəfindən qızına cehiz kimi verilib. Həmçinin kəmərin gümüşdən hazırlandığı, üzərindəki qaşların isə firuzə daşı olduğu qeyd olunub.

Qeyd edək ki, sözügedən kəmərin 25 min manat qiyməti olduğu iddia olunur.