Bakıda güclü külək davam edir - Faktiki hava - YENİLƏNDİ

Bakıda güclü külək davam edir - Faktiki hava - YENİLƏNDİ Sosial

Bakıda və Abşeron yarımadasında hazırda güclü şimal-qərb küləyi əsir.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatında qeyd edilib.

Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2,8 metrdir.


***

10:11
İyulun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.