Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA

Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA Sosial

Oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Milli Hidrometeorologiya Xidmətinin News24.az-a verilən məlumata görə, Qrız, Xınalıq, Qusar və Şahdağda isə qar yağır.

Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110 %-ni təşkil edir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı:

Qəbələdə 72 (aylıq normanın 57%-i), Lənkəranda 56 (aylıq normanın 22%-i), Sarıbaşda (Qax) 50 (aylıq normanın 41%-i), Oğuzda 41 (aylıq normanın 41%-i), Xaltanda 37 (aylıq normanın 76%-i), Kişçayda (Şəki) 36 (aylıq normanın 41%-i), Şahdağda 33 (aylıq normanın 52%-i), Astarada 29, Qusarda 28 (aylıq normanın 44%-i), Xınalıqda 27 (aylıq normanın 42%-i), Zaqatalada 27 (aylıq normanın 27%-i), Sabirabadda 25 (aylıq normanın 61%-i), Xızıda 25 (aylıq normanın 44%-i), Qrızda 22 (aylıq normanın 45%-i), Balakəndə 19, Yardımlı və Göyçayda 14, Qobustanda 12, İsmayıllıda 11, Şamaxı və Qubada 10 mm, digər rayonlarda isə 1-8 mm qeydə alınır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda 20 m/s-dək güclənir.