Fatimənin əmisindən ürəkdağlayan sözlər – VİDEO

Fatimənin əmisindən ürəkdağlayan sözlər – VİDEO Sosial

Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.

News24.az xəbər verir ki, Xarkov Tibb Universitetinin məzunu olan Fatimə Hüseynova əslən Azərbaycanın Kürdəmir rayonundandır.

Xarkovda dünyaya gələn Fatimə 2020-ci ildə doğma şəhərində Tibb Universitetinə qəbul olunmuşdu. Müharibənin əvvəlindən ailəsi ilə birlikdə müvəqqəti Almaniyada yaşayan həmvətənimiz məzun gecəsində iştirak etmək və diplomunu almaq üçün iyunun 26-da Xarkova gəlibmiş.

Fatimə Hüseynovanın əmisi Azər Hüseynov bildirib ki, mərhum fotosessiyaya gedərkən hava hücumu nəticəsində həlak olub:

"Mələk balam rəhmətə getdi. O, çox tərbiyəli və gözəl qəlbli bir qız idi. Ürəyim yanır".

Azərbaycanlı tələbənin faciəli ölümü Ukrayna ictimaiyyətini də sarsıdıb. Məzunu olduğu universitetdə gənc həmvətənimizin xatirəsinə xüsusi guşə yaradılıb.

Qeyd edək ki, Fatimə Hüseynovanın nəşi əmisi Azər Hüseynov və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələrinin müşayiəti ilə Vətənə yola salınıb. O, ata yurdunda - Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunacaq.