Füzuli şəhərinin Baş Planının hazırlanmasına başlanılır

Füzuli şəhərinin Baş Planının hazırlanmasına başlanılır Sosial
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli şəhərinin Baş Planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

News24.az-a vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur.

Qalibə 991,2 min manat ödəniləcək.