Gəncədə infarkt keçirən sürücü qəza törədib öldü

Gəncədə infarkt keçirən sürücü qəza törədib öldü Sosial


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla bildirir ki, 53 yaşlı H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb.

Hadisə nəticəsində sürücü həyatını itirib.