Gəncədə karantini pozanların - SAYI

Gəncədə karantini pozanların - SAYI Sosial
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminə tam nəzarət edir. 

News24.az xəbər verir ki, Gəncə şəhərində karantin rejimi dövründə bu günə qədər ümumilikdə 1 184 nəfər barəsində qaydaları pozduqlarına protokol tərtib edilib.

Onlardan 12 nəfəri məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Minlərlə avtomobilin isə şəhərə girişinə icazə verilməyib.