Gəncədə zibillikdə 3-4 günlük oğlan uşağı TAPILDI

Gəncədə zibillikdə 3-4 günlük oğlan uşağı TAPILDI Hadisə
Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. 

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.