Gəncədə itkin düşən məktəbli qız - Bakıda tapıldı

Gəncədə itkin düşən məktəbli qız - Bakıda tapıldı Sosial
Gəncədə itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb.

News24.az xəbər verir ki, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsi, bina 119B, mənzil 7 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi olan G.Məmmədova yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və günlərlə ondan xəbər alınmayıb. /report.az/