Goranboy sakinindən ov tüfəngi - GÖTÜRÜLDÜ

Goranboy sakinindən ov tüfəngi - GÖTÜRÜLDÜ Sosial
Goranboy sakinində ov tüfəngi aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Veyisli kənd sakini Y.Səfərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.