Gözlənilən qərar verildi: Oktyabrın 19-dan dəyişir

Gözlənilən qərar verildi: Oktyabrın 19-dan dəyişir Sosial

Bakıda sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər çərçivəsində metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkət optimallaşdırılacaq, sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.

News24.az xəbər verir ki, bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.

114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) təyin edilib.

500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun "20 Yanvar" stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir. ( Nocomment.az)