Günəş tutulması bu dörd bürcə təsir edəcək

Günəş tutulması bu dörd bürcə təsir edəcək Sosial

Günəş tutulmaları astrologiyada daha güclü başlanğıc dövrü kimi şərh olunur.

News24.az xəbər verir ki, tutulmanın Şir bürcündə baş verməsi səbəbindən özünəinam, sevgi, yaradıcılıq, liderlik, diqqət mərkəzində olmaq və şəxsi istəkləri ön plana çıxarmaq kimi mövzuların gündəmə gəlmə ehtimalı böyükdür.

Astroloji şərhlərə görə, tutulmanın təsirini daha çox hiss edə biləcək bürclər Şir, Dolça, Buğa və Əqrəbdir.

Şirlər üçün həyatda yeni səhifə açmaq, xarici görünüş, şəxsi məqsədlər və münasibətlərlə bağlı mühüm qərarlar gündəmdə olacaq. Yeni münasibətlər yarana, mövcud münasibətlərdə evlilik və ya ayrılıq kimi mühüm qərarlar verilə bilər.

Dolçada ikili münasibətlər, evlilik və tərəfdaşlıqlar ön plana çıxa bilər. Bəzi münasibətlərdə yeni mərhələ başlaya, bəzilərində isə ayrılıq baş verə bilər.

Buğalar üçün ev, ailə, köç və yaşayış şəraitində dəyişikliklər gündəmə gələ bilər. Ailədə uzun müddətdir təxirə salınan məsələlər yenidən müzakirə oluna bilər.

Əqrəblərdə karyera və cəmiyyətdəki mövqe ön plana çıxacaq. İş dəyişikliyi, yeni məsuliyyətlər və peşəkar sahədə diqqətçəkən hadisələr yaşana bilər.

Astrologiyada Günəş tutulmasının təsirinin yalnız baş verdiyi günlə məhdudlaşmadığı bildirilir.

Tutulma ilə əlaqələndirilən dəyişikliklərin qarşıdakı təxminən 6 ay ərzində özünü göstərə bilər.

Astroloqlar bu dövrdə tələsik qərarlar verməkdənsə, hadisələri izləməyi və dəyişikliklərə uyğunlaşmağı tövsiyə edirlər.