Günəşdə partlayış baş verdi
Sosial
Noyabrın 1-də Günəşdə dörd günlük fasilədən sonra zəif C sinifli partlayış qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, noyabrın 2-də isə Günəşdə yeni partlayış qeydə alınmayıb.
Qeyd edək ki, Günəş partlayışları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Bu partlayışlar bəzən plazma axınları ilə müşayiət olunur. Həmin axınlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.