Gürcüstan vətəndaşı ilə ailə quranların diqqətinə! Qaydalar sərtləşdirilir
Sosial
Sentyabrın 1-dən Gürcüstan vətəndaşları ilə nikahda olan xarici ölkə vətəndaşları üçün daimi yaşamaq icazəsi alınması üzrə yeni qaydalar qüvvəyə minəcək.
News24.az xəbər verir ki, yeni qaydalara əsasən, daimi yaşayış icazəsi Gürcüstan vətəndaşının azyaşlı övladına, azyaşlı vətəndaşın valideyninə, habelə Gürcüstan vətəndaşının həyat yoldaşı kimi yaşayış icazəsi əsasında son 5 il ərzində ölkədə yaşamış şəxsə veriləcək.
Həmçinin, qanunvericiliyə görə, daimi yaşayış icazəsi müvəqqəti yaşayış icazəsi əsasında son 10 il ərzində Gürcüstanda yaşamış əcnəbiyə verilir.
Bu müddətə Gürcüstanda təhsil və ya müalicə məqsədilə yaşamaq, yaxud diplomatik nümayəndəliklərdə və onlara bərabər tutulan nümayəndəliklərdə işləmə dövrü daxil edilmir.