Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist həbs edildi

Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist həbs edildi Sosial

Gürcüstanda "Asaval-Dasavali" qəzetinin jurnalisti Dito Çubinidze barəsində həbs qətimkan tədbiri seçilib.

News24.az xəbər verir ki, bu barədə "Ajara TV" məlumat yayıb.

Həbs qətimkan tədbiri barədə qərarı hakim Eka Barbadze qəbul edib. Məhkəmə iclasında Dito Çubinidze də iştirak edib. Dördpendirli pizza

Qeyd edək ki, Gürcüstanda nəşr olunan "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi ilə bağlı dərc etdiyi materiallara görə vətənə xəyanətdə ittiham olunaraq saxlanılıb./Oxu.az