Şəhidlərin xatirəsi üçün bütün Azərbaycanı piyada gəzir - Video

Şəhidlərin xatirəsi üçün bütün Azərbaycanı piyada gəzir - Video Sosial

Hazırda Xocalıda yaşayan 24 yaşlı Bəhruz Hüseyn oğlu Hümbətov piyada səyahətə çıxaraq Azərbaycanın bütün rayonlarında şəhid abidələrini ziyarət etməyi qarşısına məqsəd qoyub.

News24.az xəbər verir ki, bu il mayın 4-də yürüşə başlayan Bəhruz bu gün artıq 47-ci rayona, Cəlilabada çatıb.

Qeyd edək ki, peşəcə fotoqraf olan Bəhruz Xocalının Meşəli kəndindən olan şəhid Bəhlul Hümbətovun nəvəsidir. (Qafqazinfo)