Himayədar ailələrə ən çox 12-18 yaşlı uşaqlar verilib - RƏSMİ

Himayədar ailələrə ən çox 12-18 yaşlı uşaqlar verilib - RƏSMİ Sosial

Azərbaycanda 2023-cü ildən tətbiq olunan “Himayədar ailə” qayğı modeli çərçivəsində indiyədək 87 uşaq himayədar ailələrə verilib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, onların 18-i 0-3, 19-u 4-6, 20-si 7-11, 30-u isə 12-18 yaş aralığındadır.