Hücuma məruz qalan gəminin kapitanının nəşi tapıldı – XİN
Sosial
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.
News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.
Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!