İcra başçılarının qadın müavinlərinin sayı açıqlandı

İcra başçılarının qadın müavinlərinin sayı açıqlandı Sosial

2025-ci il üzrə Bakı şəhəri, eləcə də respublikanın şəhər və rayon icra hakimiyyətlərinə dair statistik göstəricilərin ümumiləşdirilməsi göstərir ki, ümumi işçilərin 5063 nəfəri (75,6%) kişi, 1633 nəfəri (24,4%) qadın olub.

News24.az xəbər verir ki, ötən il icra başçısının müavinlərinin 121 nəfəri (66,9%) kişi, 60 nəfəri (33,1% ) qadın olub.

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının 8 şəhər və rayon icra hakimiyyətlərində 689 kişi, 250 qadın işçi çalışıb. Ötən il icra başçısı müavinlərinin 13 nəfəri kişi, 5 nəfəri qadın olub. (Unikal.az)