İctimai nəqliyyatda 48 saatlıq tətil başladı
Sosial
Almaniyanın paytaxtı Berlində işəgötürənləri və işçiləri təmsil edən "Verdi həmkarlar ittifaqı" arasında davam edən danışıqlarda razılıq əldə olunmadıqdan sonra ictimai nəqliyyatda 48 saatlıq tətil başlayıb.
News24.az xəbər verir ki, paytaxtda avtobus, metro və tramvay marşrutları ləğv edilib.
Belə bir böyük tətil Almaniyada sonuncu dəfə 2008-ci ildə baş verib.
Ağa Dadaşzadə