İlin ən uzun günü bu tarixdə olacaq
Sosial
2026-cı ilin ən uzun günü 21 iyun tarixində olacaq.
News24.az xəbər verir ki, bu barədə Moskva Planetariyası məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, yay günəş dönümü 21 iyun saat 11:24-də yekunlaşacaq.
Həmin gün Yer kürəsinin Şimal yarımkürəsində ilin ən qısa gecəsi və ən uzun gündüzü müşahidə olunacaq.
Planetariyanın məlumatına əsasən, gündüzün uzunluğu 17 saat 33 dəqiqə təşkil edəcək.
21 iyundan sonra gündüzlər tədricən qısalmağa başlayacaq.
Gecə ilə gündüzün bərabərləşməsi isə 23 sentyabrda baş verəcək payız bərabərliyi zamanı qeydə alınacaq.
İlin ən qısa günü isə qış günəş dönümünün baş verdiyi 21 dekabr tarixi olacaq. /Gazeta.ru/