"İndiyədək 78 uşaq himayədar ailələrə verilib" - ƏƏSMN
Sosial
2019-cu ildən indiyədək 884 uşaq övladlığa verilib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2019-cu ildən nazirlik tərəfindən icra olunan övladlığagötürmə mexanizmi uşaqların ailə mühitinə adaptasiyasına, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabil mühitdə böyüməsinə şərait yaradır: "Bundan əlavə uşaqların himayədar ailələrə verilməsi istiqamətində də iş aparılır. 2023-cü ilin noyabrından tətbiq olunan "Himayədar ailə" qayğı modeli çərçivəsində 78 uşaq himayədar ailələrə verilib".