İnsanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir"

İnsanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir" Sosial

Azərbaycanda avtomobil qəzalarının bir hissəsi sürücülərin sükan arxasında telefonla danışması və mesaj yazması üzündən baş verir.

Araşdırmalar zamanı məlum olub ki, hər 10 qəzadan 1-i mobil telefona görə baş verir.

Psixoloq Könül İsmayılova şərhində deyib ki, maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir:

 "Telefonla danışanda insan, istər-istəməz, ona deyilən sözlərə diqqətini yönəldir, bununla da yola olan diqqəti yayınır. Çünki, insan psixikası eyni anda iki və daha artıq sahəyə diqqət etməyə çətinlik çəkir. Avtomobilə əyləşərkən , mobil telefonun zənginə cavab verməmək daha məqsədəuyğundur ki, bununla uzun və sağlam həyata addım atmış olarsınız. Avtomobil idarə edərkən mobil telefonla danışmaq, artıq bir çox ölkədə, o cümlədən, Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Hollandiyada qadağan edilib. Onu da deyim ki, mobil telefonla danışaraq , avtomobil idarə etməyin risqi elə içkili vəziyyətdə sükan arxasında əyləşməyə bərabərdir"./hit.az