Instagram-a giriş bloklandı
Sosial
Türkiyədə İnstaqram-a giriş avqustun 2-də BTQ tərəfindən bloklanıb.
News24.az xəbər verir ki, İnstaqram-a giriş blokunun nə üçün edildiyi və bunun nə qədər davam edəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
İyulun 31-də Kommunikasiya Direktoru Fahrettin Altun sosial media platforması X hesabında Haniyənin ölümündən sonra başsağlığı mesajı yayımladı və İnstaqramın Haniyə ilə bağlı yazıları blokladığını vurğulayaraq dedi:
“Həmçinin heç bir əsas vermədən insanların Haniyənin şəhadəti ilə bağlı başsağlığı göndərməsinə mane olan Instagram sosial media platformasını da şiddətlə qınayıram. Bu senzura üçün çox aydın və aşkar bir cəhddir" .
Günel Məlikzadə