"iPhone" işlədənlərin nəzərinə: Təcili bunu edin

"iPhone" işlədənlərin nəzərinə: Təcili bunu edin Sosial

“Apple” şirkəti “iPhone” istifadəçilərinə cihazlarını təcili yenilənməklə bağlı çağırış edib.

News24.az xəbər verir ki, şirkət “iOS 26.6” yeniləməsinin “iPhone”-larda aşkar edilmiş 90-dan çox xəta və təhlükəsizlik boşluğunu aradan qaldırdığını açıqlayıb.

Yeni versiya funksional yeniliklərlə zəngin olmasa da, çox sayda texniki xətanın düzəldilməsi ilə seçilir.

Bundan əlavə, yeniləmə payızda daha ağıllı “Siri” versiyasının istifadəyə verilməsi üçün də zəmin yaradır.

“Apple” təhlükəsizlik boşluqları barədə ətraflı məlumat verməsə də, “Forbes” dərgisi “iOS 26.6” yeniləməsinin şirkətin brauzerinin əsasını təşkil edən “WebKit” mühərrikində olduğunu yazıb.

Həmçinin “CVE-2026-64730” kodlu boşluq zərərli məzmun yerləşdirilən saytın istifadəçi interfeysini saxtalaşdırmağa imkan verirdi.

“CVE-2026-64735” boşluğu da hakerlərə şəbəkə filtrlərini keçməyə, “CVE-2026-64721” isə istifadəçilərin məxfi məlumatlarına çıxış əldə etməyə şərait yaradırdı.