İpoteka üçün müraciət edənlərin sayı - Açıqlandı

İpoteka üçün müraciət edənlərin sayı - Açıqlandı Sosial

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılmış və 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən müraciətlərin qəbuluna başlanılıb.

News24.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və “AzInTelecom” MMC birgə məlumat yayıb.

Vətəndaş müraciətlərinin Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilmiş, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.