İran aviaşirkətləri Azərbaycana uçuşu dayandırır – YENİLƏNDİ
Sosial
ABŞ tərəfindən İran İslam Respublikasının aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycan Respublikasına uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılıb.
News24.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur.
***19:11
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.
Bu barədə News24.az-a Azərbaycan Hava Yollarından məlumat verilib.
"ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib", - məlumatda bildirilib