İş yerini dəyişmək istəyən müəllimlərin - NƏZƏRİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin - NƏZƏRİNƏ Sosial

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.

Xatırladaq ki, aprelin 17-dən 19-dak keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.