İxtisas seçiminin nəticələri nə vaxt - AÇIQLANACAQ?- RƏSMİ

İxtisas seçiminin nəticələri nə vaxt - AÇIQLANACAQ?- RƏSMİ Sosial

Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatır.

Bəs, görəsən ixtisas seçimin nəticələri nə zaman açıqlanacaq?

News24.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçimi bu gün saat 23:59-da yekunlaşacaq:

"Adətən ixtisas seçimi başa çatdıqdan sonra 3 gün ərzində nəticələr elan olunur",- deyə mərkəzdən bildirilib.