Pensiyalar bu tarixdə veriləcək - RƏSMİ
Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayı üzrə pensiya ödənişlərinin yekunlaşdırılacağı tarixi açıqlayıb.
News24.az xəbər verir ki, DSMF-nin məlumatına görə, respublika üzrə pensiyaların tam ödənilməsi iyulun 22-də başa çatdırılacaq.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də pensiyaları köçürüləcək.