İyun ayının pensiyaları tam ödənildi
Sosial
Respublika üzrə iyun ayı üçün nəzərdə tutulan pensiya ödənişlərinin verilməsi başa çatıb.
News24.az xəbər verir ki, pensiyalar bu gün vətəndaşların hesablarına köçürülərək ödəniş prosesi tam yekunlaşdırılıb.
Beləliklə, ölkə üzrə bütün pensiyaçıların iyun ayı üzrə ödənişləri təmin edilib.